Modern.az

Sabah Bakıda 25 dərəcə isti olacaq

Sabah Bakıda 25 dərəcə isti olacaq

6 Aprel 2012, 12:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə aprelin 7-də  Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman qeydə alınacaq. Gündüz arabir güclənən cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Aprelin 8-də havanın əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı, cənub küləyi əsəcəyi, gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-9 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə  aprelin 7-də hava əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz bəzi dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 2-7 dərəcə, gündüz 14-19 dərəcə isti olacaq.

Aprelin 8-9-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq, qərb rayonlarında az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 3-8 dərəcə, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir