Modern.az

“Oxuculara maraqlı xəbərlərimiz var” - Sabah.az-ın rəhbəri

“Oxuculara maraqlı xəbərlərimiz var” - Sabah.az-ın rəhbəri

Müsahibə

8 Fevral 2020, 15:15

Azərbaycanda sabah.az adlı ictimai-siyasi xəbər portalı fəaliyyətə başlayıb.

Məlumat üçün bildirək ki, yeni yaradılan xəbər saytının rəhbəri Axşam az. və Qol.az saytının rəhbəri Mirhacib Məciddir.

 

O, Modern.az-a müsahibəsində yeni saytla bağlı ətraflı məlumat verib.

 

- Mirhacib bəy, Sabah.az saytını yaradarkən atanız Rəşad Məcidlə məsləhətləşmələr apardınızmı?

 

- Xeyr, heç bir məsləhətləşmələr aparmadım. Ümumiyyətlə, bundan əvvəl yaratdığım Axşam.az və Qol.az saytlarında da Rəşad müəllimlə heç bir məsləhətləşmələrim olmadı. Təbii ki, media ilə bağlı söhbətlərimiz olub. Ehtiyac olan məqamlarda öz tövsiyələrini verir, yəni əsirgəmir. Ancaq sayt yaratmaq məsələsi ilə bağlı heç bir söhbətimiz olmayıb. Bu mənim öz həvəsim və təşəbbüsüm olub.

 

- Saytınızın maraqlı adı var. Bəs ad seçimi kimin təşəbbüsü oldu?

 

- Saytın adını da özüm seçdim. Belə deyək, bizdə konsepsiyaya da uyğun gəlir, axşam sözününün əksinə olaraq, istədim ki, sabah da olsun. Eyni zamanda, qısa bir addır.

 

- Komandanızda kimlər çalışacaq?

 

- Belə deyək, heyətimizdə həm gənc, eyni zamanda, təcrübəli jurnalistlər fəalliyət göstərəcək. Bildiyiniz kimi, bundan əvvəlki saytlarımız idman və şou-biznes sahəsində gündəlik xəbərləri təqdim edir. Çalışırıq ki, bu saytda da digər sahələr üzrə xəbərlər yayımlansın. İnanırıq ki, uğurlu olacaq.

 

- Ölkədə yetəri qədər xəbər satları fəaliyyət göstərir. Sizin əsas özəlliyiniz və hədəfiniz nə olacaq?

 

- Pafoslu danışmaq istəməzdim. Düşünürəm ki, əvvəlki sayıtlarımız ölkədə yetəri qədər məşhurluq qazanıb. Yəqin ki, bu saytımız da onlar qədər uğurlu olacaq. Ölkədə kifayət qədər xəbər saytları var və rəqabət də böyükdür. İnanıram ki, biz də bu rəqabət bazarında özümüzəməxsus yer tuta biləcəyik. Belə deyək, oxuculara kifayət qədər təqdim edə biləcək maraqlı xəbərlərimiz var.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir