Modern.az

Türkiyədə təhlükəli terrorçu məhv edildi

Türkiyədə təhlükəli terrorçu məhv edildi

Dünya

8 Fevral 2020, 15:33

Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkə daxilində həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/KCK terror təşkilatının təhlükəli üzvlərindən olan Ömər Oran zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan “Bager” ləqəbli terrorçunun yaxalanması üçün 500 min lirə (təxminən 85 min ABŞ dolları) məbləğində mükafat nəzərdə tutulub.

O, Ərzurum bölgəsində keçirilən antiterror əməliyyatında məhv edilib. Terrorçu zərərsizləşdirilən zaman silahlı olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir