Modern.az

Tailanda silahlının canlı yayında öldürdüyü şəxslərin sayı 21-ə çatdı - VİDEO

Tailanda silahlının canlı yayında öldürdüyü şəxslərin sayı 21-ə çatdı - VİDEO

Dünya

8 Fevral 2020, 20:59

Tailandda əsgərin mülki vətəndaşlara atəş açması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Modern.az  xarici  mediaya istinadən  xəbər verir ki, silahlı şəxs  hələ də 16 nəfəri girov saxlayır.

 

***

 

Tailandın Nakhon Ratçhasima şəhərində atışma baş verib.

 

Modern.az xarici mediaya istinadla xəbər verir ki, hərbi düşərgədə hərbçilərdən biri öz kamandirini və daha iki nəfəri güllələyərək oğurluq avtomobildə hadisə yerindən qaçıb.

 

Daha sonra ticarət mərkəzi istiqamətində hərəkət edən cinayətkar qarşısına çıxan insanlara atəş açıb və öz hərəkətlərini feysbuk vasitəsi ilə canlı yayımlayıb. Bir müddət sonra onun feysbuk səhifəsi bağlanıb.

 

Məlumata görə, hadisə nəticəsində 17 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

 

Bildirilir ki, hazırda cinayətkar "Terminal-21" ticarət mərkəzinin 4-cü mərtəbəsində 16 nəfəri girov götürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ordu ilə birlikdə cinayətkarı saxlamaq üçün əməliyyat keçirirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır