Modern.az

Qarabağdan deputatlığa namizədlərə MƏKTUB - VİDEO

Qarabağdan deputatlığa namizədlərə MƏKTUB - VİDEO

Qarabağ

9 Fevral 2020, 10:18

Mən, QARABAĞAM! Yəqin, xatırladınız: ata-babalarınızın qəbirləri viran olan, ulularınızın ruhları əzilən, qız-gəlinlərinizin namusu çöllərə tökülən, dədələrinizin, nənələrinizin xiffətimdən ürəyi partlayan, izinizin silindiyi XARABA, YAZIQ bir diyar... Yox, deyəsən, yadınıza düşmədim ,- ermənilərin girov götürdüyü Dilqəm, Şahbaz mənə görə hər an işgəncə yaşayırlar,- həmin QARABAĞAM! Bilirəm, başınız daha vacib işlərə qarışıb, deputat olmaq istəyirsiniz.

 

Özünüzü seçicilərə tanıtmaq üçün o ziyarət etdiyiniz Şəhid anaları, Şəhid övladları, Şəhid xanımları var e... ...Onlar mənə görə gözüyaşlı qalıblar. Utanıram, onlara görə, günahkaram onların yanında... Mən QARABAĞAM! Daha bir 30 il də məni Sizsiz qoymayın. Yoxsa , Sizin olmayacağam. Heç istəsəm də ola bilməyəcəyəm. Mən QARABAĞAM... Xatırladınız?! Yoxsa, xatırladım: Danışmağa mövzu, deməyə söz olmayanda bəhs etdiyiniz Qarabağ...

 

İmza: QARABAĞ!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir