Modern.az

Türkiyə mediası Azərbaycandakı seçkilər BARƏDƏ: “Gənclər üstünlük təşkil edir”

Türkiyə mediası Azərbaycandakı seçkilər BARƏDƏ: “Gənclər üstünlük təşkil edir”

9 Fevral 2020, 13:37

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir. Ölkə mediası ilə bərabər, qonşu ölkə Türkiyədə də seçki prosesi ilə bağlı xəbərlər yayılıb:

 

Türkiyənin “CNN” telekanalı Azərbaycanda keçirilən parlament seçkilərində  299-u qadın olmaqla, 1314 nəfərin seçkidə iştirak etdiyini bildirib:

“Azərbaycanda 6-cı dəfə parlament seçkiləri keçirilir. 5 milyon 387 min seçicinin iştirak edəcəyi səsvermə axşam saaat 19:00-da başa çatacaq”.

 

“Hürriyət” saytı da bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı məlumat yayıb:

“Azərbaycan bu gün 6-cı dəfə parlament seçkiləri üçün səsvermə keçirir. Seçki prosesində 5 milyondan çox insan iştirak edəcək, mindən çox namizəd var”.

 


Türkiyənin ən böyük xəbər agentliklərindən olan “Anadolu Agentliyi” də seçki prosesini işıqlandırıb:

“Azərbaycanda bu gün parlamentin yenidən formalaşdırılması üçün səsvermə prosesi keçirilir. Səsverməni 77 min 700 yerli, 880 əcnəbi müşahidəçi izləyir. Rəsmi olmayan nəticələr axşam saatlarında açıqlanacaq”.

 

Türkiyənin dövlət televiziyası “TRT Haber” kanalı seçkilər barədə məlumat verərək, prosesin səhər saat 08:00-da başladığını bildirib:

“Qonşu ölkə, Azərbaycanda bu gün parlament seçkiləri keçirilir. 125 yerlik Milli Məclis üçün 299-u qadın olmaqla 1314 namizəd mübarizə aparır”.

 

Türkiyənin ilk xəbər kanalı olan “NTV” kanalı da seçki prosesindən bəhs edib:

“5 milyondan çox seçicinin olduğu ölkədə, Azərbaycanda  bu gün parlament yenidən müəyyənləşəcək. Seçki prosesini yerli müşahidəçilərlə bərabər xeyli sayda xarici müşahidəçi də izləyir”.

 

“Takvim.com” saytı da ölkəmizdə keçirilən parlament seçkilərini işıqlandırıb:

“Təxmini olaraq 5 milyon 387 min seçicinin olduğu Azərbaycanda bu gün aprlament seçkiləri keçirilir. Prezident İlham Əliyevin 5 dekabr 2019-cu ildə parlamenti buraxmasının nəticəsi olaraq Milli Məclis qonşu ölkədə bu gün yenidən formalaşacaq”.

 

“Bianet.org” saytı Azərbaycanda keçirilən seçki prosesi barədə məlumat yayaraq 80-i axrıncı çağırış deputatı olmaqla 1315 nəfərin seçkilərdə mübarizə apardığını bildirib:

“Azərbaycanda keçirilən parlament seçkilərində 299-u qadın, 1016-sı kişçi olmaqla 1315 nəfər deputat seçilmək uğrunda mübarizə aparır. Namizədlərin 80 nəfəri 5-ci çağırış deputatıdır”.

 

Türkiyənin tanınmış "TVnet" kanalı birbaşa bağlantıda, Azərbaycandakı müxbiri vasitəsilə səsvermə prosesinin gedişatı barədə xəbər verib.Türkdilli tamaşaçılara seçicilərin, namizədlərin, yerli və beynəlxalq müşahidəçilərin sayı barədə məlumat verilib.

“Parlament seçkilərində gənclər üstünlük təşkil edir. Bu da daha çox Azərbaycanda son vaxtlar gənclərin dövlət idarəçiliyində və digər sahələrdə irəli çəkilməsi ilə əlaqədardır”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?