Modern.az

Braziyalı deputat: “Yaxşı namizədə səs verən seçici heç vaxt uduzmaz”

Braziyalı deputat: “Yaxşı namizədə səs verən seçici heç vaxt uduzmaz”

9 Fevral 2020, 18:39

Brazilya parlamentinin deputatı, Brazilya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Klaudio Kajaro Modern.az saytına müsahibə verib.

 

- Cənab Klaudio Kajaro, öncə istərdik ki, özünüzü Azərbaycan oxucularına təqdim edəsiniz...

- Mən Klaudio Kajaro, Brazilya parlamentinin üzvü və Brazilya- Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədriyəm. 9 Fevral 2020-ci il Azərbaycanda keçirilən növbədənkənar Parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana gəlmişəm.

 

- Bu gün Azərbaycanda keçirilən növbədən kənar Parlament seçkilərinə toxundunuz. Hazırda Azərbaycanda baş verən bu siyasi proses barəsində nə düşünürsünüz?

 

- Bildiyim qədəriylə ölkənizin tarixində ilk dəfədir növbədənkənar parlament seçkiləri keçirilir. Seçkilərdə demokratiyanın qalib gələcəyinə inanıram. Demokratiya insanların rifahı üçün çox vacib bir amildir. Düşünürəm ki, demokratik şəkildə keçirilən seçkilərdən sonra ölkə parlamenti daha güclü bir tərkibdə formalaşıb inkişaf etməyi bacaracaq.

 

- Bu müddət ərzində Azərbaycanın rəsmi qurumlarından kimlərlə görüşləriniz baş tutdu? Hansı məsələlər müzakirə olundu?

 

- Azərbaycan Milli Məclisinin vitse-spikeri Valeh Ələsgərov və Milli Məclisin deputatı, Azərbaycandakı həmkarım, Azərbaycan-Brazilya dostluq qrupunun sədri Asim Mollazadə ilə görüşlərimiz var. Müzakirələrimiz təbii ki, Azərbaycan-Brazilya əlaqələrinin inkişafı istiqamətində aparılır. Düşünürəm ki, Brazilya ilə Azərbaycan arasında yaxşı münasibətlərin inkişafı üçün parlamentlərarası dostluq qruplarımızın birgə fəaliyyəti vacib məsələdir. Bir daha bütün Azərbaycan xalqına parlament seçkilərdə uğurlar arzu edirəm.

 

- Seçkilərin keçirilməsiylə bağlı bizimlə hansı təcrübənizi bölüşə bilərsiniz?

 

- Azərbaycanda seçki sisteminə çox güclü nəzarət var. İnanıram ki, seçkilər şəffaf və obyektiv şəkildə keçirilir. Müşahidə üçün Azərbaycana gəlmiş digər ölkələrin parlament üzvlərinin də, Azərbaycanla öz təcrübələribi bölüşəcəyinə inanıram. Seçkiylə bağlı uzun illər boyu qazandığım təcrübəni lazım olduğu təqdirdə Azərbaycanla bölüşməyə hazıram.

 

- Bəs neçə ildir ki, Brazilya parlamentinin üzvüsünüz? Parlamentari fəaliyyətiniz barədə bizə məlumat vermək istərdiniz?

 

- Qeyd etmək istərdim ki, bizim parlamentin strukturu və qaydaları sizdə olan qaydalardan xeyli fərqlənir. Parlamentdə 26 ildir ki, çalışıram. Büdcə məsələləri, xarici əlaqələr və müdafiə komitəsinin üzvüyəm. Şəxsi karierama gəlincə isə  ixtisasca hüquqşünasam. İlk peşə  fəaliyyətimə fermer olaraq başlamışam. Deputat olaraq parlamentdə bir çox cəsarətli təşəbbüsslərlə çıxış etmişəm.

 

- Uzun müddət parlament seçkilərinə qatılmış bir namizəd kimi bu sahə ilə bağlı tövsiyə və təklifləriniz maraqlı olardı...

 

- Yaxşı həyat və imkanlar üçün yaxşı bir namizədi seçən və ona səs verən seçici heç vaxt uduza bilməz. Ümüd edirəm ki,  zəhmətkeş kütlənin maraqlarını qorumağı bacaran ən dəyərli namizədlər parlament seçkisində qələbə çalacaq. Doğru vurğuladınız, mən də zamanla bu hissləri çox keçirmişəm və bu günün namizədlər üçün nə dərəcə mühüm olduğunu anlayıram. Bu mənada bütün namizdlərə əzmkarlıq, iradə və ən nahəyət layiq olduqları qələbələr arzu edirəm. Təhsil, ictimai siyasət və bütün digər sahələrdə Azərbaycana daim uğurlar arzu edirəm.

 

- Hörmətli Klaudio Kajaro Azərbaycan mediasında Brazilya Parlamenti haqqında elə də geniş məlumat yoxdur. Bu mənada sizdən öz ölkənizin  parlamenti haqqında qısaca məlumat almaq istərdik.

 

- Üzvü olduğum Brazilya Parlamentində 581 depuat və 81 senator var. Biz parlamentari olduğumuz üçün parlament diplomatiyasını təmin edirik.Mən Brazilya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Azərbaycanla münasibətləri möhkəmləndirməyə çalışıram.

 

Leyla Şah

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir