Modern.az

Ceki Can koronavirusun dərmanını tapanı mükafatlandıracaq

Ceki Can koronavirusun dərmanını tapanı mükafatlandıracaq

Mədəni̇yyət

10 Fevral 2020, 13:27

Məşhur Hollivud aktyoru Ceki Çan koronavirusla bağlı maraqlı təklif edib.

 

Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, tanınmış aktyor Ceki Çan “Weibo” adlı sosial şəbəkədə dünyanı sarsıdan koronavirusa qarşı antivirus hazırlayan şəxsə və insanlara 1 milyon yuan (təxminən 143 min dollar) mükafat verəcəyini açıqlayıb.

 

O bildirib ki, dərmanı hansı şəxsin və ya təşkilatın hazırladığının əhəmiyyəti yoxdur.

“Kim bacaracaqsa, mən şəxsən həmin insana 1 milyon yuan verib, öz təşəkkürümü bildirəcəm.  Bu pulla əlaqəli olan bir şey deyil, əsas odur ki, çarə tapılsın. Vətəndaşlarımın həyatdan zövq aldıqları zaman ölümlə mübarizə apardığını görmək istəmirəm. Ümid edirəm bir antivirus ən qısa müddətdə tapılacaq”.

 

 

 


Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı