Modern.az

Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - On beşinci və on altıncı söz

Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - On beşinci və on altıncı söz

11 Fevral 2020, 10:07

Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara Söz”ü təqdim edir.

 

On beşinci söz

 

İnsanları müşahidə edərkən, belə nəticəyə gəldim ki,   ağıllı insanla ağılsızın fərqlərini belə gördüm. Əvvəla onu deyim ki, insan dünyaya gəldiyi ilk gündən kainatı və gördüyü hər şeyi anlamağa maraqlı olur. Maraqlandığı hər şey üçün ayırdığı zaman onun yaddaşında ən xoşbəxt anlar olaraq yer tutar. Buna görə də ağıllı insan hər zaman faydalı işlərə meyl edər, gördüyü işlərdən zövq alar, köhnə xatirələrini danışanda belə,  ağır günlərini də sevgi ilə danışar, söhbətləri ilə ətrafdakıları məst edər. Belə adamlar yaşadıqları ömürə görə təssüflənməzlər.

 

Ağlı başında olmayan,  həyatda layiqli yerini tapmayan insan da dəyərsiz  və mənasız işlərə maraq edər, ömrünün gözəl anlarını və qiymətli vaxtlarını boş-boşuna keçirər. Yaşadığı ömürdən, zamandan zövq almaz. Gəncliyini elə yaşar ki, sanki gənclik uçub getməyəcək,  elə zənn edər ki, qarşıdakı ömür yolu əyləncələr və sevinclərlə dolu olacaq. Beləcə ömrünü faydasız yaşayar, bir gün ayılar ki,  gəncliyi ötüb keçib, ayaqları yorğun düşüb, beli bükülüb, artıq heç nəyə marağı qalmayıb, gözündə hər şey adiləşər.

 

Üçüncüsü isə - hər şeyə maraq duymaqdır. İnsan istərsə belə bir adətə öyrənir. Belə adətkərdəlik isə insanda xəstəlik yaradar. Dayanmadan uğur  qazanan insan da bəzən müvəfəqiyyətə aludə olur. Bu da insanın başını  dumanlandırır, sərxoş edir. Ətrafdakı adamların diqqət mərkəzində olan insan müvəfəqqiyyətin təsirindən  bəzən qeybət və gülüş hədəfinə də çevrilir.
Müdrik adamlar belə  çıxılmaz vəziyyətə düşdükdə  sayıqlığını itirmədəozünü  ələ alar, düşündüyü hər sözü  söyləməz və özünü gülünc göstərməz. Sarsaq adam isə  gözləri göyə baxa-baxa yəhərsiz atı çapıb tozanaq qoparar, başındakı papağını da bu tozanaqda itirər , əynindəki çapanının atın quyruğunda yelləndiyindən də xəbəri olmaz. Belələrini də çox görmüşəm.
Özünü adlı-sanlı kişilərin içərisində görməlk istəyirsənsə, o zaman hər gün, ya həftədə, ayda bir dəfə  özünə hesabat ver. Bax gör ki,  yaşadığın ömür boyunca hansı xeyirli işləri gördün, özünə hansı savadı qazandın, gerçək dünyan və ya axirətin üçün hansı savab əməlləri etdin? Yaşadığın ömür səni peşiman etmədi ki?

Yoxsa ki, heç  ömrün necə gəlib keçdiyindən də xəbərin olmadı?

1893

 

On altıncı söz

 

Bizim qazaxlar üçün onların etdikləri ibadətin allah tərəfindən qəbul olub-olunmayacağının heç bir fərqi yoxdur. Bu səbəb  onları narahat etməz. Belə düşünürlər ki, sadəcə hər kəsin etdiyi kimi biz də otururub, əyilib- durub, dua etsək, bu bizə bəs edər. Nisyə mal aldığı tacir gəlib qapısını döyəndə deyər ki: “Əlimdə ovcumda olanım budur, istəyirsən götür, istəmirsənsə, yoxumdur, yerin altın qazıb sənə pul verəsi deyiləm ki, vur öldür məni, yoxumdur...!”.

 

 O Allahla da tacirlə davrandığı kimi davranar.  Nə   qəbul olunmuş duaları  ayinləri öyrənib-tələffüz etməz, nə də ki, əlavə savad-bilik öyrənməz. Elə bil ki, dilinə əziyyət verməz.  Sözləri sındıra-sındıra dua edər ki, guya günahlardan təmizlənəcək. Özünü təmizə çıxarmaq üçün bəhanəsi belə olar: “Mənim bildiyim bu qədərdir, bu qoca yaşımda  elm öyrənən deyiləm ki?” və ya “ Əsas odur ki, dindarlıqla məşğulam, nə fərqi var ki, sözləri düz deyib, ya demirəm, dilim sözü tutmursa bu günah deyil”- deyib, özünə haqq qazandırar. Görəsən onun dili başqalarının dilindən fərqlidir ki?

1893

 

Tərcümə etdi: Aida Eyvazlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub