Modern.az

Azərbaycanda ovlanan balıqların növü və çəkisi AÇIQLANDI

Azərbaycanda ovlanan balıqların növü və çəkisi AÇIQLANDI

Aktual

11 Fevral 2020, 13:36

Balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, Azərbaycanda 2019-cu ildə 151 hüquqi və fiziki şəxsə balıq və digər su bioloji resurslarının ovu üçün verilmiş 1185,8 ton kvotaya qarşı 1176,6 ton və ya 2018-ci illə müqayisədə 27,1 faiz az balıq ovlanıb.

 

Modern.az-ın məlumatına görə, ovlanmış balığın 694,0 tonu kilkə, 105,7 tonu kütüm, 81,3 tonu siyənək, 69,9 tonu kefal, 59,7 tonu külmə, 40,8 tonu çapaq, 45,4 tonu çəki, 20,0 tonu dabanbalığı, 10,0 tonu sıf, 8,2 tonu şamayı, 5,0 tonu naxa, 3,4 tonu qarasol, 2,0 tonu xəşəm, 31,2 tonu digər balıq növlərinin payına düşüb.

 

2019-cu ildə balıqçılar tərəfindən kvota üçün 101,6 min manat ödənilib.

 

Kvota üzrə ovlanmış balıq da nəzərə alınmaqla hüquqi və fiziki şəxslər tərəfindən ümumilikdə 2019-cu ildə ilkin məlumata görə 63084 ton balıq ovlanıb ki, bu da 2018-ci ildəkindən 1,9 faiz çoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı