Modern.az

“Ölkəmizdə ictimai-siyasi və dini durum sabitdir” - Səyyad Salahlı

“Ölkəmizdə ictimai-siyasi və dini durum sabitdir” - Səyyad Salahlı

11 Fevral 2020, 14:42

Fevralın 10-u və 11-i tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Göygöl şəhərində “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

 

Modern.az xəbər verir ki, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan RİH başçısının birinci müavini Turani Əliyev mövzunun əhəmiyyətindən danışıb. Natiq rayondakı dini durum barədə də məlumat verərək qeyd edib ki, Göygöl ərazisində dini durum sabitdir. T.Əliyev onu da vurğulayıb ki, bu gün Azərbaycan dünyada, o cümlədən İslam aləmində vəhdətin, həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verir.

 

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı deyib ki, dövlət-din münasibətləri hər zaman prioritet istiqamət kimi Prezident İlham Əliyevin diqqət mərkəzində olmaqla yanaşı, həm də bu sahəyə xüsusi qayğı göstərilməkdədir.

 

Onun sözlərinə görə, respublikamızda yerləşən dini abidələrin qorunması, bərpası və yenidən tikilərək inanclı insanların istifadəsinə verilməsi, dövlət-din münasibətlərinin hüquqi cəhətdən tənzimlənməsi, dini təhsilin keyfiyyət və kəmiyyətcə artırılması və.s işlər bu sahəyə olan diqqətin bariz nümunəsidir. Səyyad Salahlı onu da vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqla bağlı konfranslar, humanitar forumlar, beynəlxalq tədbirlər təşkil olunur.

 

Dövlət Komitəsi sədrinin birinci müavini ölkəmizdə ictimai-siyasi və dini durumun sabit oduğunu da diqqətə çatdırıb.

 

Çıxış edən Rayon Təhsil şöbəsinin müdiri Elbrus Atayev və digər tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini səsləndiriblər. İkigünlük seminar-müşavirə müzakirələrlə başa çatıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu