Modern.az

“İlham Əliyevlə Mehriban xanım həmişə mənə diqqət göstəriblər” - Xalq artisti

“İlham Əliyevlə Mehriban xanım həmişə mənə diqqət göstəriblər” - Xalq artisti

12 Fevral 2020, 13:58

Ötən gün Prezident İlham Əliyev milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədova anadan olmasının 90 illiyi ilə bağlı “Şərəf” ordeni təqdim edib.

 

Xalq artisti Əlibaba Məmmədov təəssüratlarını Modern.az-la bölüşüb.

 

“Cənab prezidentimiz İlham Əliyevə və Mehriban xanıma çox təşəkkür edirəm ki, həmişə mənə diqqət göstəriblər. Özümü çox xoşbəxt hiss edirəm. Bu orden mənim üçün çox qiymətli bir hədiyyədir”.

 

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 11-də Heydər Əliyev Mərkəzində Xalq artisti Əlibaba Məmmədovla görüşüblər. Ölkə başçısı “Şərəf” ordenini Xalq artistinə şəxsən özü təqdim edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı