Modern.az

Ermənilər Qarabağın qaçış atlarını axtarır - FOTO  

Ermənilər Qarabağın qaçış atlarını axtarır - FOTO  

Qarabağ

12 Fevral 2020, 20:00

Ermənilərin Qarabağın Xocalı rayonu ərazisində açdığı yeni atçılıq mərkəzinin yeni fotoları yayımlanıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, rayonun Daşaltı kəndi yaxınlığında yerləşən eyniadlı dərədə yerləşən mərkəzdə 25 cins atın saxlanıldığı məlumdur.

 

“Atçılıq mərkəzimizdə ayğır, madyan və dayçalar ayrı saxlanılır. Atların ümumi sayı 25-dir ki, onların çoxu Qarabağ cinsindəndir.

 

Qarabağın qaçış atları olub. İndi onlardan demək olar qalmayıb. Çalışırq ki, bu cins atlarını da bərpa edək.

 

Bunda başqa, “Zevs” ləqəbli ingilis və “Sparta” adlı Holland cins atlarımız da var”- deyə atçılıq mərkəzinin direktoru Baqrat Mikaelyan deyib.

 

O, mərkəzdə atçılıq turizmi, gəzinti və yürüşlər planlaşdırdıqlarını da deyib.

 

 

 

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi