Modern.az

Zəlimxan Yaqub həm də hərbi-vətənpərvərliyə baxırmış...

Zəlimxan Yaqub həm də hərbi-vətənpərvərliyə baxırmış...

7 Aprel 2012, 12:27


Ədəbiyyət və incəsənət bütün dörlərdə hərbi-vətənpərvərliyin təbliğində xüsusi rola malik olub. Bəzi tənqidçilər təəssüflə bildirirlər ki, müasir Azərbaycan ədəbiyyatı hələ ki, hərbi qələbələrimizin və məğlubiyyətlərimizin emosiyalarını ifadə edə bilmir. Uzun illərdir müharibə şəraitində yaşayan ölkəmiz üçün isə bu çox vacibdir.

Bəzi ziyalıların fikrincə, Qarabağ müharibəsində müvəqqəti məğlubiyyətimizin əsas səbəbi silahımızın deyil, məhz şüurumuzun gücsüzlüyü ilə bağlıdır. Qardaş Türkiyədə olduğu kimi, Azərbaycanda da hərbi tərbiyə ailədən başlanmalıdır. KİV-də, xüsusilə də telekanallarda yersiz reklamların, mənəviyyatımızı korlayan bayağı şouların əvəzinə hərbi yönümlü verilişlərin, dərsliklərdə ordu ilə bağlı materialların artırılmasının vacibliyi vurğulanır.
Belə bir zamanda hamı ədəbi xadimlərin, tarixçilərin irəli düşəcəyini gözləyir. Unutmayaq ki, hər dövrün ədəbiyyatı öz vaxtında yaranır. Bizim yazıçı və şairlərimiz isə hələ gözləmə mövqeyindədirlər. Hərbi mahnılarırımız üçün mətnlər az yazılır. Halbuki, bu gün bizə daha ağıllı və emosional ədəbi əsərlər gərəkdir.

Düzdür, Qarabağ müharibəsilə bağlı bir neçə film çəkilib, bir sıra əsər yazılıb, mahnılar bəstələnib. Amma ümumilikdə görülən işlər vətənpərvərlik ruhunun təbliğinə kifayət etmir. Mərhum kinorejissor Ceyhun Mirzəyevin «Fəryad» filmini, tanınmış bəstəkar Cavanşir Quliyevin «Əsgər marşı»nı çıxmaq şərtilə, xüsusilə də gənclərin Qarabağ müharibəsi mövzusuna aid digər film və mahnılar, şerlər barədə bilgisi çox azdır. Təbliğat işi isə təkcə KİV-in üzərinə düşmür, təşəbbüs həm də yazıçı və şairlərin, bəstəkarların, kinorejissorların özündən gəlməlidir.

Tanınmış şair və yazıçıların, mədəniyyət və incəsənət xadimlərinin tez-tez ön cəbhəyə gedib əsgərlərlə görüşməsi hərbçilərdə  vətənə, torpağa məhəbbəti, döyüş ruhunu daha da möhkəmləndirə bilər.

Yeri gəlmişkən, Azərbaycan Yazıçılar Birliyinin Hərbi-vətənpərvərlik şöbəsi var. Maraqlıdır, hazırda bu şöbənin fəaliyyəti nədən ibarətdir?
Yazıçılar Birliyinin Hərbi-vətənpərvərlik şöbəsinə Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub rəhbərlik edirmiş.
Yazıçılar Birliyin mətbuat katibi Ədalət Ələsgəroğlu Modern.az-a bildirib ki, adı çəkilən  şöbənin özünün daxilində idarə heyəti, üzvləri var. Onlar Yazıçılar Birliyinin üzvü olan şair və yazıçılardır.
”Yazıçılar Birliyinin Hərbi-vətənpərvərlik şöbəsinin üzvləri arasında Milli Qəhrəman da var.  Bu şöbə daimi olaraq öz tədbirlərini Yazıçılar Birliyinində keçirir və ya rayonlarda olan hərbi hissələrdə dövlət əhəmiyyətli tədbirlərdə iştirak edir. Bəzən tədbirlər şöbənin öz təşəbbüsü ilə də baş tutur. Bu şöbəyə bir sıra təşkilatlar da  müraciət edib, tədbirlər təşkil edir. Şöbə Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi ilə sıx əlaqədə işləyir”.

Ə.Əsgəroğlu deyib ki,  Yazıçılar Birliyinin Hərbi-vətənpərvərlik şöbəsi Dövlət Sərhəd Xidməti  ilə Şəmkirdə, sərhədyanı bölgələrə, Lənkəranda , Xudatda, Ağstafada tədbirlər keçirib.

”Hər dəfə rayona səfərlər olanda yazıçı və şairlərdən ən azı 3 nəfər gedir. Hərrbi vətənpərvərlik mövzusunda TV-lərlə də əməkdaşlıq edilir”.

Qurum rəsmisi deyir ki, hərbi vətənpərvərlik mövzusunda yazılan kitablarında bu şöbədə geniş  müzakirəsi keçirilir. Onun sözlərinə görə, Hərbi-vətənpərvərlik şöbəsi otra məktəb və universitetlərlə də sıx əməkdaşlıq edir, dəfələrlə şagird və tələbələrlə görüşlər keçirilib.


Şöbənin hansısa bir mətbu orqanı yoxdur. Buna görə də hərbi vətənpərvərlik mövzulu yazılar, şeirlər AYB- nin jurnallarında - “Ulduz”, “Azərbaycan”, “Qobustan”da dərc olunur. Eyni zamanda “525-ci qəzet”, “Ədalət” və “Kaspi” qəzetlərilə də əməkdaşlıq edilir.

Sadalananlardan belə anlaşıldı ki, Yazıçılar Birliyinin Hərbi-vətənpərvərlik şöbəsi işləyir... Nə deyirik, amma uzun illərdir müharibə şəraitində yaşayan ölkə üçün daha yaxşı işləməlidir...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər