Modern.az

Tural Gəncəliyevin deputat seçilməsi ermənilərə rahatlıq vermir

Tural Gəncəliyevin deputat seçilməsi ermənilərə rahatlıq vermir

Qarabağ

13 Fevral 2020, 11:46

Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevin parlament seçkilərində qələbə qazanması Ermənistanda narahatlıq yaradıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Qarabağın Azərbaycanlı icmasının seçki uğrunu şərh edib. O, Dağlıq Qarabağ əhalisinin separatçı qurumda martın 31-də baş tutacaq “seçkilərdə” iştirak edəcəyini əlavə edib.

 

Anna Naqdalyan regionda demokratik seçkilərin keçirilməsinin sabitliyə ciddi töhfə olduğunu da əlavə edib.

Xatırladaq ki, Tural Gəncəliyev parlament seçkilərində 122 saylı Xankəndi seçki dairəsindən mütləq səs çoxluğu ilə qalib gəlib.       

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar