Modern.az

Erməni əsgərlər başından güllələnib

Erməni əsgərlər başından güllələnib

13 Fevral 2020, 13:35

Ötən gün Qarabağda 2 erməni əsgərinin ölümü barədə məlumat yayılmışdı.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, İstintaq Komitəsi insidentlərin detalları barədə rəsmi məlumat yayıb.

"Dünən saat 11:30-da döyüş postlarının birində Tiqran Manvelyanın cəsədi tapılıb. Onun başından güllə yarası aldığı ehtimal olunur.

Eyni gündə, başqa döyüş mövqeyində saat 13:00-da Tiqran Mxoyan yaralı halda tapılıb. Başından güllə yarası almış əsgər hospitala aparılarkən yolda keçinib".   

 

İstintaq aparılır. Cinayətin üstünün açılması üçün zəruri tədbirlər həyata keçirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır