Modern.az

XXI əsrin qocalma prosesilə bağlı həyəcanlı çağırış

XXI əsrin qocalma prosesilə bağlı həyəcanlı çağırış

7 Aprel 2012, 15:41

Bu gün bütün dünya Ümumdünya Sağlamlıq gününü qeyd edir. 1950-ci ildən başlayaraq Ümumdünya sağlamlıq günü hər il 7 aprel tarixində qeyd edilir. Hər il Ümumdünya Sağlamlıq gününün mövzusu ilə bir problem diqqət mərkəzinə gətirilir.
Ümumdünya Sağlamlıq günü 7 apreldən sonra belə davam edən uzunmüddətli ictimai maarifləndirmə proqramlarının başlanması ilə səciyyələnir.

2008-ci ildə qeyd olunan Ümumdünya Səhiyyə gününün əsas müzakirə hədəfi insan sağlamlığının iqlim dəyişikliyinin zərərli təsirlərindən qorumaq zərurəti idi. ÜST, iqlim dəyişikliyinin qlobal ictimai səhiyyə üçün getdikcə daha çox təhlükə yaratdığına görə bu mövzunu seçmişdir.

2009-cu ilin Ümumdünya Sağlamlıq günü fövqəladə hallarda tibb müəssisələri mövzusuna – "İnsan həyatını xilas edək. Fövqəladə hallarda xəstəxanaların təhlükəsizliyini təmin edək" – həsr edilib. Bunda məqsəd tibb müəssisələrinin fövqəladə hallara davam gətirməsi, həm böhran vəziyyətlərində, həm də onlardan sonra xəstələri müalicə edə bilməsi üçün hazırlıq aparılmalı olduğu haqqında tələbin daha da gücləndirilməsi idi.

2010-cu ildə sağlamlıq günü “Urbanizasiya və sağlamlıq” devizi altında keçirilib. Ümumdünya səhiyyə təşkilatı millətin sağlamlığı və əhalinin ömrünün uzadılması ilə bağlı üç əsas problemin olduğunu diqqətə çatdırıb. Bu problemlər əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, atmosfer havasının və torpağın çirklənməsidir.

2011-ci il Ümumdünya Sağlamlıq gününün mövzusu - mikrob əleyhinə dərmanlara qarşı müqavimət bu gün yoluxucu xəstəliklərin müalicəsi üçün istifadə olunan bir çox dərmanların bütün dünyada davamlı şəkildə öz təsirini saxlaması məsələsinin həllinə yönəldilib.

2012-ci ildə Ümumdünya Sağlamlıq günündə əsas diqqət bu fakta cəlb edir ki, XXI əsrdə qocalma prosesi əvvəlki əsrlərdəki qocalmadan xeyli fərqlənəcək. Dünya Səhiyyə Təşkilatı (DST) qocalmaya münasibətimiz barədə yenidən düşünməyə çağırır. Biz necə cəmiyyət qurmaq istəyirik, ahıl insanların sağlam qalması üçün nə etmək lazımdır? DST Ümumdünya Sağlamlıq günündə bu məsələlər barədə düşünməyi təklif edir. DST-nin  məlumatına görə sakinlərinin gəlirləri orta və aşağı səviyyədə olan ölkələrin əhalisi daha sürətlə qocalır. 2050-ci ildə Yer kürəsində 2 milyard ahıl sakin olacağı gözlənilir. Bu insanların 80 faizi gəlir səviyyəsi orta və aşağı olan ölkələrdə yaşayacaqdır.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı