Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara söz”ü təqdim edir.
On yeddinci söz
Günlərin bir günü qeyrət, ağıl və ürək öz barcarıqları barədə mübahisə edirdilər. Elmin hökmünü və hakimliyini araşdırırdılar. Qeyrət deyir: “ Ey elm, özün də bilirsən ki, dünyada mənim iştirakım olmadan heç nə mükəmməlləşmir: sənə vaqif olmaq üçün gecə-güdüz oxumaq lazımdır, mən olmasam, buna nail olunmur. Yaradana layiqincə, usanmadan ibadət etmək, ayinləri yerinə yetirmək üçün qüvvət də mənsiz mümkün deyil. Dünyada gözəl sənət, var –dövlət qazanmaq, hörmətli bir mərtəbəyə qalxmaq da anacq dayanmadan işləməklə əldə olunur. Qeyrət yoxsa, bunu da sona qədər edə bilmirsən. Məgər insanları yersiz əyləncələrdən çəkindirən, onları ədəbsiz məclislərdən, uçurumlardan uzaq tutan mən deyiləmmi? Bu ikisi mənimlə necə dalaşa bilər?”.
Ağıl cavab verdi: “İstər bu dünyada, istərsə də axirətdə nəyin faydalı olub-olmadığını, nəyin zərərli olduğunu mən bilirəm. Sənin olub -olmadığını da mən təyin edirəm. Mən olmasam qərəzdən qaçmaq, mənfəət əldə etmək, elmin zirvəsinə qalxmaq mümkün deyil. Niyə bu ikisi mənimlə mübahisə edirlər? Mən olmasam siz nəyə yarasınız?”.
Ürək deyir: “Mən insan bədəninin şahıyam. Qan məndən keçir, qəlb mənim içimdədir, mənsiz həyat yoxdur. Yumşaq döşəklərdə, isti evdə qarnı tox kişiyə -- döşəksiz, yersiz-yurdsuz məzlumun, paltarsız üşüyən kimsəsizin, qarnı aç küçələrdə dolanıb, qızınmağa bir künc axtaran yetimin “görəsən indi halı nədir, nə yeyir, nə içir?” ,-deyə düşündürən, yatağında qovruldan , yuxusunu qaçıran mən deyiləmmi? Özündən böyüyə hörmət hissini, kiçiklərə sevgini verən mənəm. Ancaq məni təmiz saxlamasalar, qorumasalar özləri çirklənirlər. Mən təmiz qalarmsa, insanları bir-birindən ayırmıram. Yaxşılıq ediləndə həyəcanlanır, zülmə və zora qarşı çıxıram. Ədalət, insaf, rəhm, həya, mehribançılıq deyilən hər şey məndən çıxır, mənsiz o ikisi nə edə bilər? Onlar mənimlə necə mübahisə edə bilərlər?”
Onların üçünü də dinləyən Elm cavab verdi: “Qeyrət, sən hər şeyi doğru dedin. Hətta özündə olan bir çox məziyyətlərini saymadın. Sənsiz məqsədə çatılmaz. Lakin unutma ki səndə həm də gücünə bərabər amansılızq, zalımlıq gizlənir. Sən gah ən böyük yaxşılıqsan, gah da dönüb ən böyük pislik olursan, bu işin isə çox pisdir”- dedi.
Sonra üzünü Ağıla tutdu: “Ey Ağıl! Sənin dediklərin də düppədüzdür. Sənisz həyatda heç nəyə nail olmaq mümkün deyil. YaradanTanrını da bizə sən tanıdırsan, hər iki dünyanın yerini də sən bilirsən. Lakin bunlar sənin bildiklərinin sonu deyil. Məkr və Hiylə də səndən gəlir. Yaxşı da, yaman da sənə söykənir. Sən onların hər ikisinə eyni xidmət göstərirsən. Sənin ən böyük nöqsanın budur.
Mənim işim sizi barışdırmaqdır, - dedi Elm!. Ancaq bu işdə hökm verən Ürək olsa yaxşıdır. Ağıl! Sənin yolun-çığırın çoxdur. Ürək onların hər birində gedə bilməz. O ancaq sənin mərhəmətli düşüncələrindən açıla bilər, bu işdə yol yoldaşı olar. Yox əgər fikrində bir yamanlıq, pislik olsa, göstərdiyin yola getməz, hətta səndən iyrənib üz döndərər. Qeyrət sənin silahın çox, gücün böyükdür, lakin səni ancaq Ürək idarə edə bilər. Tədbirli iş görəndə sənə mane olmaz, lakin ziyanli bir iş görsən qollarını bağlayar. Ona görə də siz birləşib Ürəyə tabe olmalısınız. Əgər siz üçünüz də sülh içərisində bir insanın qəlbinə dolsanız, o adamın ayağı dəyən torpaq , üzünə üz qoyulacaq mübarək bir insan olur. Əgər həmfikir olmasanız, mən yenə Ürəyə üstünlük verəcəm. Özünzdə, cisminizdə insanlığı qoruyun. Allah deyir ki, qəlbini təmiz saxla, çünki Allah bizim qəbimizə görə imtahana çəkər, - Allahın Kitabında belə yazılıb.
1893.
Tərcümə etdi: Aida Eyvazlı