Modern.az

Azərbaycanlı cərrah 1 gündə 56 əməliyyat keçirdi, Rusiya rekordunu TƏZƏLƏDİ

Azərbaycanlı cərrah 1 gündə 56 əməliyyat keçirdi, Rusiya rekordunu TƏZƏLƏDİ

Aktual

14 Fevral 2020, 13:14

Azərbaycan əsilli rusiyalı oftalmoloq-cərrah Emin Usubov rekorda imza atıb.

 

Modern.az xəbər verir ki, Başqırdıstanın Ufa şəhərində Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda çalışan azərbaycanlı cərrah 1 gündə gözdə keçirilən əməliyyatların sayına görə Rusiya rekordunu təzələyib. 2002-ci ildən İnstitutda çalışan azərbaycanlı yüksək səviyyətli oftalmoloq-cərrah hesab olunur.

 

Ölkə başçısı Radiy Xabirovun göstərişi ilə həkim briqadası ilə birlikdə İşimbay Mərkəzi Rayon Xəstəxanasına gələn Usubov 1 sutkada 56 nəfər yerli sakinin gözündə əməliyyat aparıb. Bununla da o, həmkarı Renat Kazakbayevin (50 əməliyyat) rekordunu təzələyib. İşimbayda azərbaycanlı cərrah yaxın 1 həftədə 150 əməliyyat keçirməyi planlaşdırır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir