Modern.az

Həyət evindən velosipedlər oğurlayan şəxs saxlanıldı

Həyət evindən velosipedlər oğurlayan şəxs saxlanıldı

Aktual

14 Fevral 2020, 14:23

Xəzər rayonu ərazisindəki həyətyanı sahələrin birindən oğurluq etməkdə şübhəli bilinən R.Mirzəyev saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də rayon ərazisindəki həyətyanı sahələrin birindən 3 ədəd velosiped və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mirzəyev saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi