Modern.az

UNEC Rusiyanın Qaydar adına İqtisadi Siyasət İnstitutu ilə əməkdaşlıq edəcək - FOTO

UNEC Rusiyanın Qaydar adına İqtisadi Siyasət İnstitutu ilə əməkdaşlıq edəcək - FOTO

Aktual

14 Fevral 2020, 14:46

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və elmi-iqtisadi araşdırmaları ilə dünyada məşhur olan “E.T.Qaydar adına İqtisadi Siyasət İnstitutu” Fondu arasında elmi əməkdaşlıq haqqında razılaşma əldə olunub.

 

Razılaşma müqaviləsini Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru,  prof. Ə.C.Muradov və “E.T.Qaydar adına İqtisadi Siyasət İnstitutu” Fondunun icraçı direktoru, professor S.V.Prixodko imzalayıblar.

 

Sənədə əsasən, UNEC və “E.T.Qaydar adına İqtisadi Siyasət İnstitutu” Fondu elmi əməkdaşlıq Proqramını həyata keçirəcək. Proqram fundamental tədqiqatların bütün əsas istiqamətlərini, o cümlədən humanitar, ictimai və iqtisadi elmləri əhatə edir. Proqramda Azərbaycan və Rusiya alimlərinin apardıqları birgə elmi-tədqiqat layihələrinin, seminarların, simpoziumların və digər elmi tədbirlərin, onların yekun razılaşdırılması üçün hazırlıq səfərlərinin dəstəklənməsi və digər qarşılıqlı razılaşdırılmış birgə fəaliyyətin daxil edilməsi nəzərdə tutulur. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir