Modern.az

7 qat dünya çempionunun adı yeni qalmaqalda hallandı

7 qat dünya çempionunun adı yeni qalmaqalda hallandı

14 Fevral 2020, 18:01

Əfsanəvi “Formula 1“ pilotu Mixail Şumaxerin son halının fotosunun mediaya sızdırıldığı iddia olunub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis mediasında foto üçün 1.2 milyon avro istənildiyi deyilib.

Fotonun Şumaxerin Cenevrədəki evində çəkildiyi iddia edilir.

 

Qeyd edək ki, Mixail Şumaxer 2013-cü ildə keçirdiyi qəzada ağır yaralanaraq, komaya düşmüşdü. Onun son durumu ilə bağlı ən son rəsmi  açıqlama 2014-cü ildə ailəsi tərəfindən verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir