Modern.az

İlham Əliyev Serbiya prezidentini təbrik etdi

İlham Əliyev Serbiya prezidentini təbrik etdi

14 Fevral 2020, 18:04

Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

"Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və dost Serbiya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı yetirirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir