Modern.az

Paşinyan Almaniyada belə pərt oldu - VİDEO

Paşinyan Almaniyada belə pərt oldu - VİDEO

14 Fevral 2020, 22:34

Almaniya Bundestaqının (parlament) prezidenti Volfqanq Şoyble ilə görüşən Ermənistan baş naziri Nikol Paşinyan xatirə fotosu çəkilən zaman pis vəziyyətdə qalıb.

Modern.az  xəbər verir ki, Paşinyan harada dayanmasını müəyyənləşdirmək üçün əvvəlcə Ermənistanın bayrağını axtarıb. Məlum olub ki, təşkilatçılar Ermənistan bayrağını asmağı lazım bilməyiblər, onun üçün qoyulan kreslonun arxasında isə AB bayrağı var.

Çaş-baş qalan və pərt vəziyyətə düşən Paşinyan nəhayət onun üçün ayrılan kresloya oturub və AB bayrağı fonunda şəkil çəkdirib.

Qeyd edək ki, Almaniyada səfərdə olan N.Paşinyan Qarabağla bağlı bir daha ziddiyyətli və qalmaqallı açıqlamalar vermişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi