Modern.az

Mədə xorası – Sağalmaq üçün nə etməli...

Mədə xorası – Sağalmaq üçün nə etməli...

9 Aprel 2012, 09:48

Modern.az saytı insanların ən çox əziyyət çəkdikləri xəstəliklər barədə yazılar təqdim edəcək.

Günümüzün içində insanların ən şox əziyyət çəkdiyi xəstəliklərdən biri də mədə xorasıdır.

Mədə-həzm kanalının ən geniş hissəsidir, qarın boşlğunda, qarınüstü nahiyədə yerləşir. Orta dərəcıdı dolmuş mədənin uzunluğu 21 – 25 sm, ən geniş hissəsinin diametri 12 – 14 sm, ön və arxa divarları arasındakı məsafə 8 – 9 sm-dir. Mədənin forması və ölçüləri onun boşluğunun qida ilə dolma dərəcəsindən asılıdır. Mədənin boşluğa baxan divarı selikli qişa ilə örtülüdür.

Xəstəliyin yaranma səbəbləri. Mədə xorasına təxminən 100 min il bundan əvvəl rast gəlinib. Bundan 40 min il sonra xəstılik Afirka, Avropa və Yaxın Şərq ölkələrində geniş yayılıb. Mədə xorası mədənin normal daxili örtüyünün, başqa sözlə desək mədənin selikli qişasının tamlığının pozulmasıdır. Qeyri-şiş mənşəli mədə xorasının yaranmasının əsas səbəbi mədə daxilində olan turşu-qələvi müvazinətinin pozulmasıdır. Mədədə turşunun ifraz edilməsi həzm prosesi üçün vacib şərtlərdən biridir. Normada qida və mədənin daxili müdafiə imkanları turşunun selikli qişaya zədələyici təsirini aradan qaldırır. Amma turşu-qələvi müvazinəti pozulan hallarda mədənin zədələnmə ehtimalını artırır. Həm də müntəzəm sürətdə ağır, quru yeməklər yemək (ət, yağlı yeməklər, yumurta, pendir, tünd ədviyyələr, qızardılmış yeməklər və s.) mədənin selikli qişasının tamlığını pozur. Qeyri-steriod ağrıkəsicilərin (asprin, ibuprofen) qəbulu, siqaret çəkmə, spirtli içkilərin qəbulu, artan yaş, qanın laxtalanma sistemində yaranan  bəzi problemlər də buna səbəb olur.

Xəstəliyin əlamətləri.  Xəstəliyin əsas əlamətləri qarın nahiyəsində ağrılar, iştahanın pozulması, ürəkbulanma, qusma, gəyirmə, qıcqırma, qarnın köpməsi, qəbizlik və ishaldır. Qıcqırma mədənin turş möhtəviyyatının qida borusuna keçməsi nəticəsində əmələ gələn yanğı hissidir. Qıcqırma adətən mədə şirəsinin turşuluğu çox olanda, eyni zamanda mədə şirəsinin tərkibində xlorid turşusu olmadıqda əmələ gələ bilir. Mədə xorasının əlaməti ilə əlaqədar olaraq qıcqırma gəyirmə ilə vəhdət təşkil edir. Yatağa uzanmış vəziyyətdə ağrının güclənməsi qida borusunda problem olduğunu göstərir. Bəzi qastroenteroloqlara görə, qıcqırma mədəyə və onikibarmaq bağırsağa ödün və mədəaltı vəzin tripsinlərinin keçməsi nəticəsində baş verir. Öd və tripsinlər güclü qələvi xassəli olduğundan mədə divarına dağıdıcı təsir göstərirlər. Ac qalan zaman ağrılar daha kəskin ola bilər, bu ağrılar insanı gecələr yuxudan oyada, yeməkdən 2 –3 saat sonra başlaya bilər. Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər. Son zamanlar çəkinin azalması, qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir, nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər.

Xəstəliyin müayinəsi: Həkimə müraciət edən zaman ilk olaraq mədənin endoskopik müayinəsi təklif ediləcək. Bu müayinə üsulu mədə xorasının olub-olmamasını, onun yerləşməsi və ölçüsünü dəqiq müəyyən etməyə imkan verir. Həkim mədənin rentgen müayinəsini də təklif edə bilər. Bununla mədə xoranın varlığı və yerləşməsini təyin edilə bilər. Helicobacter pylori infeksiyasının olub-olmaması nəfəs, nəcis və endoskopik müayinə zamanı götürülmüş toxumanın histoloji müayinəsi ilə təyin edilə bilər.

Mədə xorasının ağırlaşması halları: Mədə xorası insanın özünün müalicə edəcəyi bir xəstəlik deyil. Antiasid dərmanların qəbulu insanda ağrını müvəqqəti aradan qaldıra bilər, amma xəstəliyi tam müalicə etməyəcək. Odur ki, yuxarıda sadalanan əlamətlər insanda olarsa, həkimə müraciət etmək  məsləhədir. Xoranın zamanında müalicə olunmaması bir çox ciddi ağırlaşmalara gətirb çıxara bilər. Mədə xorasının ağırlaşmalarının əlamətləri mədə qanaxması, mədənin perforasiyası, yəni deşilməsi, xoranın maliqnizasiyası, yəni xərçəngə çevrilməsi, mədə çıxacağında daralmanın əmələ gəlməsi (Pilorik stenoz), xoranın mədəaltı vəzinin başına penetrasiyası, yəni sirayət etməsidir.

Terapevtik müalicə: Mədə xorasının müalicəsində iki əsas hədəf mövcuddur: Bakteriyanın (Helicobacter pylori) məhv edilməsi, mədə turşuluğunun azaldılması. Helicobacter pylori bakteriyasının tapılması hallarında adətən iki antibiotikin kombinasiyasından istıfadə edilir. Bu zaman ən geniş istifadə edilən antibiotiklər bunladır: amoxicillin, clarithromycin və metronidazole. Həkim sizə əlavə olaraq Cytoprotective dərmanlar adlanan sucralfate və misoprostol məsləhət görə bilər. Bu dərmanlar sizin mədənin selikli qişasının daha tez bərpa olunmasına kömək edəcəkdir.

Cərrahi müalicə: Cərrahi müalicəyə göstərişlər aşağıdakılardır:

Uzun terapevtik müalicə tarixçəsi və bu müalicələrin effektsiz olması

Davamlı pilorik stenoz, yəni mədə çıxacağının daralması

Maiqnizasiyaya, yəni xərçəngin əmələ gəlməsinə şübhə

Əvvəllər perforasiya (deşilmə) və qanaxma kimi ağırlaşmaların olması

 Yuxarıda sadalanan hallar sizdə varsa həkiminiz aşağıdakı əməliyyatlardan birini təklif edə bilər:

Subtotal qastrektomiya – yəni mədənin üçdən iki hissəsinin çıxarılması. Bu əməliyyat nəticəsində mədənin turşu ifraz edən hüceyrələrə malik hissəsi çıxarılmış olur

Vaqotomiya – yəni azan sinirin mədəni innervasiya edən şaxələrinin kəsilməsi. Bununla mədənin turşu ifraz etmə qabiliyyəti azaldılmış olur. Amma son zamanlar cərrahlar bu əməliyyatdan az istifadə edirlər.

Xalq təbabətinin mədə xorası əleyhinə üsulları:

Mədədə turşuluq çox olduqda zəyərək meyvəsi dəmləməsindən və yağından istifadə edilir.

Mədəni qüvvətləndirmək üçün bir neçə gün ərzində darçın qəbul edilir.

Hər dəfə nanə yemək mədə zəifliyinin qarşısını alar,  iştaha gətirər və əgər yeməyə səpib yeyilərsə, mədəni və həzmi gücləndirib qıcqırmadan xilas edər.

“ Tibbinamə “ , “ İşıq “ nəşriyyatı, Bakı 1990

1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı limon şirəsi və 1 çay qarşığı bal qarışdırılaraq içilir.

Mədədə yanğı olan xəstələr səhər acqarına 1 qaşıq təmiz bal udulur, sonra yarım stəkandan artıq yağsız kefir içilir, üstündən çiy halda 1 ədəd təzə kənd yumurtası içildikdən sonra qoz boyda kərə yağı ağızda əridilir. Bu prosesdən sonra 2 – 3 saat qida qəbul edilmir.

“ Herba Flora “ jurnalı, 2011

Hazırladı: Azər Salehli, Azərbaycan Tibb Universitetinin tələbəsi  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!