Modern.az

Çeçenistanın 1-ci ledisi - orta məktəbdən başlanan sevgi hekayəti

Çeçenistanın 1-ci ledisi - orta məktəbdən başlanan sevgi hekayəti

9 Aprel 2012, 12:38

Ramzan Kadırov: “Mədinədən gözəli mənimçün yoxdur, mənə başqası lazım deyil

Modern.az
 saytı “Birinci ledilər” rubrukasında xarici ölkələrin dövlət başçılarının xanımları  barədə məlumatların təqdimatını davam etdirir. Rubrukanın budəfəki təqdimatı Çeçenistan Respublikasının birinci xanımı haqqındadır.

Çeçenistanın dövlət başçısı Ramzan Kadırovun həyat yoldaşı media üçün o qədər də açıq qadın deyil. Sərt çeçen həyat tərzi ilə yaşayan Ramzan Kadırov ailəsi haqqında geniş söhbət açılmasını xoşlamır. Modern.az buna baxmayaraq çeçen rəhbərinin həyat yoldaşı barədə az da olsa məlumatlar tapa bilib.

Birinci ledi Mədinə Musa qızı Aydəmirova 1978-ci ildə anadan olub. Sentroy şəhər sakini olan birinci xanım evdar qadındır. M.Aydəmirova Ramzan Kadırovla orta məktəbdə birgə oxuyub. Orta məktəbdən Mədinəni sevən Ramzan sonradan onunla ailə həyatı qurub. Onların nikahından 6 uşaq dünyaya gəlib. Qızları Ayşat, Karina, Xedi, Təbərik, oğulları Əhməd və Adəm. Babası Əhməd Kadırovun adını daşıyan nəvə 2005-ci ildə anadan olub. Onun dünyaya gəlişi Çeçenistanda böük atəşfəşanlıqa qeyd edilib. O zaman körpənin doğluduğu çərşənbə axşamı qeyri-iş günü elan edilmişdi. 

Ramazan Kadırovun həyat yoldaşı bütün prezidentlərin həyat yoldaşı kimi  xeyriyyəçiliklə məşğul olur, xəstəxanalar və sığınacaqlara baş çəkir.  


Qadın geyim dəbləri ilə yaxından maraqlanan Mədinə Kadırova özünün dizayn verdiyi paltarları ilə çeçen dəbini himayə edir. Birinci xanım 2011-ci ildə öz ad gününü "2011-in kuturyesi" adlı yerli gənc modelyerlərinin kolleksiyalarının Qroznı Dövlət teatr-konsert zalında nümayişiylə qeyd edib.

Onun model qrupu müsəlmanlar (təxminən 80 don) üçün üst geyimin kolleksiyalarını təqdim etmişdi. Modellər (çeçenlər) növbə ilə əvvəlcə şəhər çıxışı və dünyəvi qəbul üçün geyimləri, sonra "milli dəb", hətta "sınaq” kateqoriyasında olan geyimləri göstəriblər.

Bu mərasimə Ramzan Kadırov özü də təşrif buyurub və orada çıxışı zamanı Qərb geyim tərzini tənqid etmişdi. Dövlət başçısı vurğulamışdı ki, müasir gənclərin kor-koranə Qərb dəbinə uyğunlaşmaq istəyi düzgün deyil.

Yeri gəlmişkən, paytaxt Qroznıda olan hər bir kəs Mədinə Kadırovanın dizaynerlərlə birgə işlədiyi  Mira küçəsində dəbə uyğun dizayna diqqət yetirib. Buranın yaxınlığında “birinci xannımın” ilk və hələki yeganə butiki yerləşir. Birləşmiş Ərəb Əmirliklərində, o cümlədən Yaxın Şərqdə bir neçə mağaza açmaq dövlət başçısının həyat yoldaşının planları sırasındadır.

“Mənim çox yaxşı həyat yoldaşım var –Mədinə Musa qızı. Ümumiyyətlə çeçenlərdə bu barədə danışmaq düzgün deyil, lakin mən deyəcəm. Mənim xanımım çox düzgün, sevimli qadındır. Mən onu çox istəyirəm və hörmət edirəm.O, yaxşı ana, həyat yoldaşıdır. Ondan gözəli mənimçün yoxdur. Mənə başqası lazım deyil”.
Ramazan Kadırov müsahibələrinin birində həyat yoldaşını məhz belə xarakterizə edib.



X. SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir