Modern.az

80 il Bakıya sərasər xidmət etmiş tramvaylar: “Keçmişdə və İndi”- FOTOLAYİHƏ  

80 il Bakıya sərasər xidmət etmiş tramvaylar: “Keçmişdə və İndi”- FOTOLAYİHƏ  

Mədəni̇yyət

17 Fevral 2020, 16:15

Bir zamanlar Bakıda əsas nəqliyyat vasitəsi olan tramvaylar indi yalnız keçmişin xatirəsi kimi arxiv videoxronikasında və fotolarda qalıb.

 

Nəqliyyat vasitəsi kimi tramvaylar Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan az sonra işə düşmüşdü. At ilə hərəkət edən relsli sistemi tramvaylarla əvəz olunmağa başlandı və 1924-cü il fevralın 8-də tramvay xətti istifadəyə verildi.

 

Bu xətt Azneftlə Dəmir Yolu Vağzalını birləşdirirdi. Qısa müddətdə şaxələnən tramvay xətti 1925-1926-cı illərdə Bakıda 50 milyondan artıq sərnişini mənzil başına çatdırmışdı.

1960-cı illərə qədər şəhərin tramvay yolları 117 kilometrə qədər böyüdü. Lakin 1967-ci ildə Bakı metropolitenin işə salınması ilə tramvayların nəqliyyatda rolu azalmağa başladı.

Azərbaycanın müstəqillik qazandığı illər isə tramvaylar üçün ən çətin dövr kimi yadda qaldı. Belə ki, 2004-cü ildə Bakıda tramvay sistemi tamamilə ləğv edildi və relslər söküldü.

"Ağ Şəhər" layihəsi reallaşdıqdan sonra tramvay xəttinin bərpa ediləcəyi gözlənilir. Layihə çərçivəsində bulvar boyu tramvay xətti qurulacaq. Beləliklə, bakılıların 20 ilə yaxın davam edən tramvay həsrətinə son qoyulacaq.  

Modern.az “Bakı: Keçmişdə və İndi” adlı yeni fotolayihəyə başlayır. Fotolayihənin ikinci  “qəhrəmanı” yaxınlarda zühur edəcəyinə inandığımız Bakı tramvayı olacaq.

 

Nəzrin ABDUL

İsmət PAŞA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır