Modern.az

Ayaz Salayev: “Space TV çox səviyyəli kanaldır”

Ayaz Salayev: “Space TV çox səviyyəli kanaldır”

18 Fevral 2020, 10:34

“Hamıya məlumdur ki, televiziyanın 3 əsas funksiyası var - maarifləndirmək, əyləndirmək və məlumatlandırmaq. Maarifləndirmək tərəfi bir çox kanallarda yoxdur, ancaq Space telekanalı bu baxımdan istisnadır. Space telekanalında maarifləndirici proqramlar var və bu kanalın ən mühüm cəhətidir”.

 

Bunu Modern.az-a müsahibəsində tanınmış kinoşünas, əməkdar incəsənət xadimi Ayaz Salayev deyib.

Space telekanalının kino sənətinin təbliğinə də geniş yer verdiyini deyən cənab Salayev bunun birbaşa  telekanala rəhbərlik edən görkəmli kinorejissor, Azərbaycan Respublikasının xalq artisti Vaqif Mustafayevin xidməti olduğunu vurğulayıb:

 

“Space TV çox səviyyəli kanaldır. Çünkü bu kanalın başında əsl sənətkar dayanıb. Mən hər verlişə getmirəm. Amma bu kanalın efirində yayımlanan “El bizim, sirr bizim” verlişinə həmişə gəlirəm. Çünki son dərəcə səviyyəli bir verlişdir. Heç bir kanalda bu cür problemlər qaldırılmır. Bu verlişdə qaldırılan problemlər onu göstərir ki, Space telekanalı cəmiyyətin ən ağrılı, ən mühüm mövzularını görə bilir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir