Modern.az

Paşinyan yenə Qarabağa gəlir

Paşinyan yenə Qarabağa gəlir

19 Fevral 2020, 23:29

Ermənistan baş naziri Nikol Paşinyan fevralın sonlarında yenidən işğal altındakı Qarabağa gələcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan Ermənistan və qondarma rejimin Milli Təhlükəsizlik Şurasının birgə iclasını keçirəcək.

 

İclasda Qarabağda son vaxtlar qeydə alınan qeyri-döyüş itkiləri, xüsusən intiharların sayının artması, həmçinin, martın 31-də keçiriləcək qondarma “prezident və parlament seçkilər”ində sabitliyin qorunması müzakirə olunacaq.

 

Paşinyanın səfərinin dəqiq tarixi təhlükəsizlik məqsədi ilə açıqlanmasa da, bunun fevralın son 10 günlüyündə baş tutacağı vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı