Modern.az

Fərəc Quliyev yenə deputatlığa namizəd olacaq  

Fərəc Quliyev yenə deputatlığa namizəd olacaq  

25 Fevral 2020, 11:22

“Rəhbərlik etdiyim siyasi partiya ləğv edilmiş dairələr üzrə təkrar seçkilərdə iştirak edəcək”.

 

Bu sözləri Modern.az-a fevralın 9-da keçirilən parlament seçkilərində namizədliyini irəli sürən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib. O qeyd edib ki, siyasi partiyanın işi seçkilərdə iştirak etməkdir:

 

“Hakimiyyətə gəlməyin başqa yolu yoxdur. Böyük ehtimalla mən özüm də namizədliyimi irəli sürəcəyəm. Nəticələri ləğv edilmiş seçki dairələrinin hər birindən partiyamızın namizədi olacaq. Hələlik kimin hansı dairədən namizəd olacağını dəqiqləşdirməmişik. Seçki elan olunanda qərar veriləcək. Əslində dairənin o qədər də fərqi yoxdur”.

 

Qeyd edək ki, Fərəc Quliyev növbədənkənar parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Lakin o həmin dairədə təhsil eksperti Etibar Əliyevə məğlub olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi