Modern.az

“Soyqırımın səbəbkarları cəzasını almadan bu məsələ bağlanmayacaq” - Səfir

“Soyqırımın səbəbkarları cəzasını almadan bu məsələ bağlanmayacaq” - Səfir

26 Fevral 2020, 11:02

"Hər zaman olduğu kimi açıq bildirirəm ki, bu faciənin səbəbkarları cəzasını almadan bu məsələ bağlanmayacaq".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Xocalı faciəsi abidəsini ziyarət edən zaman jurnalistlərə açıqlamasında deyib.

 

Səfir bildirib ki, şəhidləri anmaq üçün Azərbaycandakı türk toplumlarının nümayəndələri də abidəni ziyarət edib:

 

"Xocalı faciəsi dünyanın 20-ci əsrdə görülən ən böyük kədəridir. Tarixə qara gecə adı ilə düşən gündən keçən 28 il keçməsinə baxmayaraq hələ də bu faciənin səbəbkarlarının ədalət qarşısında mühakimə olunmaması çox böyük bir əksiklikdir. Biz Türkiyə Respublikası olaraq, həmişə olduğu kimi Azərbaycanın bu çətin günündə yanındayıq. Biz bir millət, iki dövlətik. Bir daha Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirik".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi