Modern.az

Bakı Ali Neft Məktəbinin tələbəsi ölkə birincisi oldu

Bakı Ali Neft Məktəbinin tələbəsi ölkə birincisi oldu

26 Fevral 2020, 13:12

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 23-də keçirilmiş qəbul imtahanının nəticələrinə görə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi ölkə birincisi olub.

 

Modern.az xəbər verir ki, BANM-nin Neft-Qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Seymur Rəhimov qəbul imtahanında ən yüksək nəticə (95 bal) toplayıb.

 

O, Bakı Ali Neft Məktəbinin bakalvr pilləsinə 2015-ci ildə 678 balla qəbul olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir