Modern.az

“Xocalı soyqırımının tanıdılmasında Avropadakı türk icmalarından istifadə etməliyik”

“Xocalı soyqırımının tanıdılmasında Avropadakı türk icmalarından istifadə etməliyik”

26 Fevral 2020, 13:24

Xocalı soyqırımı ilə əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan tərəfi illərdir ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa çalışır.

 

Bəs maraqlıdır, Xocalı həqiqətlərinin dünya ölkələrində tanınması üçün qardaş ölkə Türkiyə hansı işləri görür və ya görə bilər?

 

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Türkiyənin Xocalı həqiqətlərinin çatdırılmasında Azərbaycana daim dəstək olduğunu bildirərək hazırda internet resursları vasitəsilə bu işin görülməsinin vacibliyni vurğulayıb:

 

“Artıq uzun illərdir ki, Xocalı həqiqətlərinin tanıdılmasında Azərbaycanın xarici qurumları və diasporları Türkiyə ilə əməkdaşlıq edirlər. Səfir olaraq öz təcrübəmdən də deyirəm ki, bu məsələlərdə bizim səfirliyimiz  hansı tədbiri keçirirdisə, Türkiyə səfirliyindən böyük dəstək gəlirdi. Xocalı həqiqətlərinin başqa ölkələrdə tanıdılması üçün internet vasitəsilə də təbliğat aparılsa, daha yaxşı olar. Çünki biz görürük ki, Azərbaycan və Türkiyə cəmiyyəti sosial şəbəkələrdə, internet resurslarında çox fəaldır. Elə bu üsulla beynəlxalq ictimaiyyətə Xocalı faciənin tandılması zamanın tələbindən dolayı ən effektiv vasitədir. Adətən, bizim diaspor nümayəndələri hansısa ölkədə onların dilini bilərək Xocalı həqiqətlərini çatdırır. Bizim gənc fəallar türk diasporunun nümayəndələri ilə əlaqə saxlayaraq müəyyən sahələrdə aktiv olaraq işlər görürlər”.

 

T.Zülfüqarov türk diasporlarının Xocalı reallığının tanıdılması üçün mühüm işlər görə biləcəyini deyir:

“Yaxşı olardı ki, gənclərimiz türk diaspor üzvləri ilə Xocalı həqiqətlərinin tandılmasında da müəyyən işlər həyata keçirsinlər. Təbi olaraq işlərin başında isə Azərbaycanın müxtəlif ölkələrdəki səfirlikləri dayanır. Yəni səfirliklər diasporla əlaqələrdə bu məsələyə diqqət verməlidir. Türkiyənin Almaniya, ABŞ və Fransada diaspor təşkilatları böyükdür. Təşkilatı baxımından onlar bizim tədbirlərə aktiv olaraq qoşulur amma, məhz bu ölkədəki diaspor nümayəndələri Xocalı həqiqətlərinin tanıdılması üçün həm internet vasitəsi ilə həm də tədbirlər planı təşkil edərək fəaliyyətə keçsələr bu daha effektiv olar”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir