Modern.az

Xocalı soyqırımının qurbanları Binəqədidə də anıldı

Xocalı soyqırımının qurbanları Binəqədidə də anıldı

Aktual

26 Fevral 2020, 13:36

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev, Anadolu Aydınlar Ocağının direktoru İbrahim Öztək, Aparatın şöbə müdirləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdən öncə qonaqlar Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnur İsgəndərova  və Aygün İsgəndərovanın təşkilatçılığı ilə  Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisini izlədilər.

 

Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlanılıb.

 

Çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev, Anadolu Aydınlar Ocağının direktoru İbrahim Öztək “Xocalı  faciəsi”nin 28-ci ildönümü yaşansa da, hələ də Azərbaycanın bütün vətəndaşlarının o dəhşətli, faciəli gecəni, xalqımızın başına gətirilən bəlaları unutmadığını, milli azadlıq, müstəqillik uğrunda qəhrəmanlıq göstərən oğul və qızlarımızı hörmətlə yad etdiklərini bildirdilər.

 

Daha sonra çıxış üçün söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini  Vüsar İsmayılova verildi. Vüsar İsmayılov Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət bu gün də davam etdirildiyini qeyd etdi. Natiq ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dünya miqyasında faciəyə hüquqi statusun verilməsi çərçivəsində olduqca böyük işlər görüldüyünü,bu istiqamətdə 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyasının  başlandığını bildirdi.

 

Eyni zamanda Fevralın 24-də Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı və Şuşa Dövlət Musiqili Dram Teatırının birgə təşkilatçılığı ilə  tədbir keçirilib, tədbirdə Şuşa Musiqili Dram Teatrı tərəfindən Xocalı soyqırımına həsr edilmiş tamaşa təqdim edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır