Modern.az

Komfort zonanı tərk etmək qorxusu – Bunu necə yenməli?

Komfort zonanı tərk etmək qorxusu – Bunu necə yenməli?

26 Fevral 2020, 13:48

İnsanlar bəzən həqiqətən də nəyisə çox istəyirlər, yaxud da analoji davam edən bir şeyi yeni mərhələyə keçirmək qərarına gəlirlər. Amma hansısa bir güc bu istəyin qarşısında sədd olur. Həmin sədd komfort zona adlanır. Ona başqa sözlə “rahata alışma” da demək olar. Dəyişmək, yenilənmək, çətinliyə düşmək inkişafın əsas yollarıdır. Bəs insanların dəyişikliklərdən niyə gözü qorxur?

 

Komfort zona insanın iş və şəxsi həyatına necə təsir edir?

 

Mövzu ilə bağlı Modern.az-a danışan psixoloq Elnur Rüstəmov deyir ki, öyrəşdiyi rahatlıqdan imtina etmək insan üçün çətindir:

 

“İnsan dəyişikliklərdən ona görə qorxur ki, onun nəticəsini tam şəkildə görə bilmir. Komfort zona tək iş mühitində deyil, evdə, ailədə də ola bilər. Biz onu bütün müstəvilərdə lokallaşdırıb, tətbiq edə bilərik. Tutaq ki, işlədiyi yerdə adamın məvacibi azdır, amma oradan çıxmaq istəmir. Fikirləşir ki, buradan çıxıb, başqa yerə getsəm, yaxşı da ola bilər, pis də. Ümumiyyətlə, insanlar həmişə təminat istəyirlər. Bizdə belə bir deyim də var, azca aşım, ağrımaz başım. Yetər ki, komfortuma dəyməsinlər. Çünki bizim dediyimiz maddi və digər şeylər sonradan gəlir. İnsanın təməl komfortları var ki, onlar təmin olunmalıdır. Fərdi inkişafla bağlı müasir kitablarda bu məqama xüsusilə toxunulur. Düşünürəm ki, insan inkişaf etməlidir. İnkişaf etmək üçün də dəyişikliyə hazır olmalıdır”.

 

Psixoloq komfort zonadan qurtulmaq üçün dəyişikliyi vərdişə çevirməyin vacib olduğunu düşünür:

 

“İnsan psixoloji cəhətdən dəyişikliyə hazır olarsa, komfort zonanı tərk etmək problem olmayacaq. Deyək ki, səhər insanların böyük bir qismi istədiyi vaxtda durmaq istəyir. Bilir ki, erkən qalxmaq və 9-da işdə olmaq lazımdır. Amma durmaq istəmir. Durandan sonra isə deyir ki, nə yaxşı yuxudan tez qalxdım, rahat hazırlaşa bildim, işimdə ola bildim. Komfort zonanı yendikcə, faydasını gördükcə bu artıq onda vərdiş yaradır və sonda insanın inkişafına səbəb olur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir