Modern.az

Azərbaycan Sarkisyan və Koçaryanı beynəlxalq axtarışa verə bilər - RƏSMİ

Azərbaycan Sarkisyan və Koçaryanı beynəlxalq axtarışa verə bilər - RƏSMİ

27 Fevral 2020, 09:45

Xocalı soyqırımının birbaşa iştirakçısı olmuş şəxsləri hər bir azərbaycanlı tanıyır. Onların günahsız insanların qanına bulaşmış murdar əlləri bir neçə dəfə qandallansa da, prosesə yekun qiymət verilməyib.

 

Soyqırım iştirakçıları olan Ermənistana prezidentlik etmiş Robert Koçaryan, Serj Sarkisyan eləcə də, müdafiə naziri olmuş Seyran Ohanyan hələ də ədalət məhkəməsinə cəlb edilməyib.

Digər ağrılı məsələ isə əli günahsız insanların qanına bulaşmış şəxslərin adının təqsirləndirilən şəxslərin siyahısında olmaması ilə bağlıdır.

Əgər günahkarların adı təqsirləndirilənlər siyahısında yoxdursa, birtərəfli aparılan mübarizənin nəticəsindən ədalət gözləməyə dəyərmi?

Bəs həmin şəxslərin adı niyə siyahıya salınmır?

 

Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev Modern.az-a açıqlamasında Koçaryanın, Sarkisyanın və digərlərinin adlarının siyahıda olmaması məsələsinə aydınlıq gətirib. O bu şəxslər barədə istintaq yekunlaşan kimi barələrində beynəlxalq axtarış elan olunacağını əlavə edib. 

“Həm Sarkisyan, həm  Koçaryan, həm də digərləri barəsində cinayət işi istintaq olunur. Onların törətdikləri əməllər üzrə materiallar toplanır və bu işlər davam etdirilir. Gələcəkdə onların məsuliyyətə cəlb edilərək barələrində qəti imkan tədbirlərinin keçirilməsi və axtarışlarının elan edilməsi təmin ediləcək”.

 

Emil Tağıyev bildirib ki, ağır cinayətlərin araşdırılması üzrə cəlb edilmiş bütün sənədlər həm İnterpola, həm də Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinə göndərilib.

“Hazırda onların barəsində bütün sənədlər getməyib. Çünki cinayət işi istintaq olunur və sübutlar toplanır.  Yaxın gələcəkdə o istiqamətdə işlər davam etdiriləcək”.

 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva saytımıza açıqlamasında məsələyə təəssüf etdiyini qeyd edib:

“Xocalı soyqrımı ilə bağlı həmin şəxslərə qarşı cinayət işi açılıb. Təəssüflə qeyd edə bilərik ki, İnterpol bəzi hallarda məsələlərə siyasi prizmadan baxaraq həmin şəxslərlə bağlı edilən müraciətlərə müsbət cavab vermir. Azərbaycan Cinayət Məcəlləsinə görə, onlara qarşı iş açılıb”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir