Fransada on nəfərdən ibarət cinayətkar qrup Fransanın cənubunda yerləşən Marsel şəhərinin 20 kilometrliyində zirehli inkassator furqonuna hücüm edərək 4 milyon avro dəyərində pulu oğurlayıb.
Cinayətkarlar bir neçə maşınla furqona hücum edərək onu əhatəyə alaraq mühafizəçiləri zərəsizləşdirib, daha sonra maşının qapısını partladaraq pula sahibləniblər. Polislərin hadisə yerinə gəlməsi cinayətin müvəffəqiyyətlə başa çatmamasına səbəb olub. Belə ki, maşında 8 milyan avro məbləğində pul olub. Cinayətkarlar həmin məbləğin yalnız yarıısını aparmağa müvəffəq olublar.
Cinayətkarların həbsi hələlik mümkün olmayıb. Cinayət işində istifadə edilmiş maşınlardan ikisi az sonra ərazidən azca aralı bir yerdə tapılıb. Marsel şəhərinin prokuroru hadisənin mütəşəkkil cinayətkarlar tərəfindən həyata keçirildiyini bildirib.