Modern.az

Qonşu dövlətlər İranla sərhədi tam bağlayıb, Azərbaycandan başqa - SƏBƏB

Qonşu dövlətlər İranla sərhədi tam bağlayıb, Azərbaycandan başqa - SƏBƏB

27 Fevral 2020, 13:38

Ölümcül koronovirus dünyada yayılmağa davam edir. Cənub qonşumuz İran koronovirus səbəbindən ölənlərin sayına görə Çindən sonra ikinci yerdədir. Son rəsmi məlumatlara görə, yeni növ koronavirusa 141 yoluxma halı qeydə alınıb, 22 nəfər isə ölüb.

 

İranda koronovirus aşkarlandıqdan sonra Yaxın Şərqdə 11 ölkə təhlükəni nəzərə alaraq, ölkə ilə hava və quru sərhədlərini bağlayıb.

Səudiyyə Ərəbistanı, Küveyt, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Gürcüstan da daxil olmaqla digər bölgə ölkələri səyahət və immiqrasiya məhdudiyyətləri tətbiq edib.

 

İranla quru sərhədi olan 7 ölkədən 6-sı, İraq, Türkiyə, Əfqanıstan, Pakistan, Türkmənistan və Ermənistan da artıq bu ölkə ilə sərhədlərini bağlayıb.

Rəsmi Tehranla sərhədlərini bağlamayan tək ölkə isə Azərbaycandır. Sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilsə də, rəsmi Bakı İrandan gələn şəxslərə və mallara heç bir məhdudiyyət qoymur.

 

Dövlət Gömrük Komitəsi sərhədi bağlamaqla bağlı qərarın onların səlahiyyətində olmadığını bildiriblər. Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına müraciət edərək İrana səfər zamanı "son dərəcə ehtiyatlı olmağı", "Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməyi" tövsiyə edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi