Modern.az

MSK sənədləri fevralın 26-da təqdim edib,... məlumat veriləcək - KONSTİTUSİYA MƏHKƏMƏSİ

MSK sənədləri fevralın 26-da təqdim edib,... məlumat veriləcək - KONSTİTUSİYA MƏHKƏMƏSİ

Parlament

27 Fevral 2020, 17:44

Mərkəzi Seçki Komissiyası (MSK) Fevralın 25-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərə yekun vurub və ümumi yekunlara dair protokolu tərtib edib.

 

Protokol MSK üzvləri tərəfindən imzalanıb. Daha sonra seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib.

 

Bəs, Konstitusiya Məhkəməsinin cavabı nə vaxt ictimaiyyətə təqdim olunacaq?

 

Konstitusiya Məhkəməsindən Modern.az-a verilən məlumata görə, yaxın günlərdə nəticələr bəlli olacaq:

 

“Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının protokolları fevralın 26-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə daxil olub.

 

Konstitusiya Məhkəməsinin Plenumu müvafiq prosedurları həyata keçirməklə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi konstitusiya icraatında seçkilərin nəticələrinə dair qərar qəbul edəcək. İşin Plenumun hansı tarixə təyin edilməsi barəsində kütləvi informasiya vasitələrinə əlavə olaraq rəsmi məlumat veriləcək”.

 

Xatırladaq ki, 2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkiləri keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir