Modern.az

Keçmiş səfir koronavirusdan öldü

Keçmiş səfir koronavirusdan öldü

Dünya

27 Fevral 2020, 18:16

İranın Vatikandakı keçmiş səfiri Seyid-Hadi Xosrovşahi koronavirusdan ölüb.

 

Modern.az xəbər verir ki, tanınmış din xadimi Seyid-Hadi Xosorvşahi bu gün səhər Tehranın Məsih Daneşvəri xəstəxanasında koronavirusdan vəfat edib.

 

İran mətbuatının məlumatına görə, keçmiş səfir Qumda xəstəxanaya yerləşdirilmişdi. Koronavirusa yoluxan 82 yaşlı alim Tehrana çatdırılsa da, yaşının yuxarı olması və immunitetinin zəif olmasından burada onu xilas emək mümkün olamyıb. 

 

Qeyd edək ki, İranın Səhiyyə nazirinin müavini və Koronavirusla Mübarizə Komitəsinin katibi İrəc Hərirçin və iki deputat da koronavirusa yoluxub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi