Modern.az

Turizm Agentliyi koronavirusla bağlı vətəndaşlara müraciət ETDİ

Turizm Agentliyi koronavirusla bağlı vətəndaşlara müraciət ETDİ

Aktual

27 Fevral 2020, 19:29

Son günlər dünyanın bir sıra ölkələrində koronavirus (COVID-19) epidemiyasının geniş yayıldığını nəzərə alan Dövlət Turizm Agentliyi ölkə vətəndaşlarına xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almağı tövsiyə edib.

 

Modern.az xəbər verir ki, agentlik xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə vətəndaşları həmin ölkələrdə epidemioloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmağı məsləhət görür.

 

Dövlət Turizm Agentliyi turoperatorlara tövsiyə edirik ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır