Modern.az

“Koronavirusun pandemiyaya keçmək ehtimalı davam edir” - ÜST

“Koronavirusun pandemiyaya keçmək ehtimalı davam edir” - ÜST

27 Fevral 2020, 20:14

Yeni koronavirus epidemiyasının pandemiya səviyyəsinə qalxması ehtimalı hələ də davam edir.

Modern.az xəbər verir ki, bu barədə “Twitter”dəki səhifəsində Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O, bu ehtimala qarşı hazırlıq görmək üçün bütün ölkələrə müvafiq alətlər təqdim etdiklərini qeyd edib.

Təşkilat rəhbəri, həmçinin, 57 ölkəyə analizlər üçün ləvazimat, 85 ölkəyə də fərdi qoruma vasitələri göndərdiklərini, müvafiq kurslarda 80 mindən artıq tibb işçisi hazırladıqlarını diqqətə çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?