Modern.az

Bu komandalar Avropa Liqasının 1/8 finalında

Bu komandalar Avropa Liqasının 1/8 finalında

28 Fevral 2020, 00:30

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin daha 6 cavab oyunu yekunlaşıb.

Modern.az-ın  "Report"a  istinadən məlumatına görə, İngiltərənin "Vulverhempton" klubu İspaniyada "Espanyol"a 2:3 hesabı ilə uduzub. Bununla belə, ilk matçda 4:0 hesabı ilə qalib gəldiyi üçün 1/8 finala "Vulverhempton" adlayıb.

Lakin bu komandanın baş məşqçisi Nunu Eşpritu Santu yenə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun xidmətindən yararlanmayıb. 21 yaşlı oyunçu matçın iştirak ərizəsində belə yer almayıb.

Qrup mərhələsində "Qarabağ"a rəqib olmuş Kipr APOEL-i İsveçrədə də "Bazel"ə uduzub - 0:1. Nəticədə 1/8 finala "Bazel" yüksəlib.

Bundan başqa, İtaliya "Roma"sı, Avstriya LASK-ı, Almaniya "Volfsburq"u və Almaniya "Bayer"i mərhələ adlayıb.

Türkiyənin yeganə təmsilçisi "Başakşehir" 1/16 final mərhələsinin cavab görüşündə Portuqaliya "Sportinq"inə evdə 2:1 hesabı ilə qalib gəlib.

Avropa Liqası

1/16 final mərhələsi, cavab oyunları

27 fevral

21:55. "Portu" (Portuqaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:3

İlk oyun – 1:2

21:55. "Espanyol" (İspaniya) - "Vulverhempton" (İngiltərə) - 3:2

İlk oyun – 0:4

21:55. "Bazel" (İsveçrə) - APOEL (Kipr) - 1:0

İlk oyun – 3:0

21:55. "Gent" (Belçika) - "Roma" (İtaliya) - 1:1

İlk oyun – 0:1

21:55. LASK (Avstriya) - AZ (Alkmaar, Hollandiya) - 2:0

İlk oyun – 1:1

21:55. "Malmö" (İsveç) - "Volfsburq" (Almaniya) - 0:3

İlk oyun – 1:2

21:55. "Başakşehir" (Türkiyə) - "Sportinq" (Portuqaliya) - 4:1 (əlavə vaxt - 1:0)

İlk oyun - 1:3



Qeyd edək ki, fevralın 25-də Şotlandiya "Reyncers"i mərhələ adlayıb. Bu gün keçirilməli olan qarşılaşmalardan "Zaltsburq" (Avstriya) - "Ayntraxt" (Frankfurt, Almaniya) matçı əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi