Modern.az

İlham Əliyev provoslav xristianlarını təbrik edib

İlham Əliyev provoslav xristianlarını təbrik edib

Təhsil

5 Yanvar 2010, 18:50

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir: “İsa Peyğəmbərin mübarək mövludu – Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hamınıza ən səmimi arzularını yetirirəm. Səmavi dinlər Azərbaycanda yüz illər boyu sülh və anlaşma şəraitində, dinc yanaşı fəaliyyət göstərərək cəmiyyətimizdə əmin-amanlığın, dostluq və qardaşlıq münasibətlərinin formalaşmasında misilsiz rol oynayıb. Mütərəqqi tarixi-mədəni ənənələr üzərində bərqərar olan müasir Azərbaycan cəmiyyətində xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühiti, mövcud milli mənəvi həmrəylik, haqlı olaraq, ölkəmizi dünyada tolerantlıq örnəyi kimi tanıdıb. Bu gün xristian inanclı vətəndaşlarımız, o cümlədən çoxsaylı pravoslav icması cəmiyyətimizin ayrılmaz hissəsidir və ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Əmin olduğumu bildirirəm ki, Azərbaycanın tərəqqisi və daha da çiçəklənməsi naminə vətəndaşlıq borcunuzu bundan sonra da layiqincə yerinə yetirəcəksiniz. Yeniliyin, əmin-amanlığın, mərhəmət və şəfqət duyğularının rəmzi olan Milad bayramı hər il Azərbaycanda böyük təntənə ilə qeyd edilir. Bu əziz gün münasibətilə bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik və firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!”

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır