Modern.az

“Öz ifaçılarımı axtarıram, hələ də tapa bilmirəm” - Doğum gününü qeyd edən Xalq artisti

“Öz ifaçılarımı axtarıram, hələ də tapa bilmirəm” - Doğum gününü qeyd edən Xalq artisti

28 Fevral 2020, 09:20

Bu gün Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Eldar Mansurovun doğum günüdür. Musiqiçi ailəsində dünyaya göz açan tanınmış bəstəkarın 68 yaşı tamam olur.

 

Xalq artisti doğum günü təəssüratlarını Modern.az-la bölüşüb.

 

-Eldar müəllim, çox nadir bəstəkarlardan birisiniz ki, efirlərdən uzaqlaşsanız da, əsərləriniz hər zaman dinlənilir. Görünməməyinizin səbəbini bilmək olar?

 

- Əsas səbəb kimi bunu deyə bilərəm ki, indiki televiziyalardakı verilişlər məni qane etmir. Özümü orda görmədiyim üçün efirlərdə də görsənmirəm.

 

-Yaradıcılığınızda nə kimi yeniliklər var?

 

-Yeniliklər hər zaman var. Bildiyiniz kimi son illərdə mən əsasən orkestr və instrumental musiqilər yazıram. Belə də, özüm üçün yazıram, arada da  başımın altına qoyuram, düşünürəm ki, nə vaxtsa lazım olar. Mahnı yazmaq üçün gərək mənim müğənnilərim olsun. Öz müğənnilərimi görmədiyim üçün, artıq mahnılar da yazmıram. Deməzdim ki, müasir dövrün müğənnilərinin hamısı pisdir. Yox qətiyyən, aralarında 2-3 nəfəri var ki, arada onlarla işləyirəm. Ancaq indi öz ifaçılarımı axtarıram, hələ də tapa bilmirəm. Hansı ki, bir zamanlar mənim mahnılarımı ifa edirdilər.

-Sizin dövrünüzdə bir nəsil bəstəkarlar yetişişmişdi. Bilmək istəyirik hazırda o bəstəkarlarla görüşürsünüzmü?

 

-Bəziləri var ki, onlarla görüşmürəm, hələ ki, bu dünyadayam orda deyiləm (gülür). Sağ olanlardan Cavanşir Quliyevdir ki, Bakıya gələndə görüşürük. Çox az bəstəkarla görüşürəm, hərənin başı öz ailəsinə, işinə-gücünə qatışıb. Vaxt baxımından imkan az olur. Ancaq düşünürəm ki, o imkanı da gərək özümüz yaradaq, qismət olarsa nə vaxtsa  görüşərik.

 

-Eldar müəllim, bildiyimiz qədər fotoqraflıqla da məşğul olmusunuz, doğru xəbərdir?

 

-Bəli düzdür, əvvəllər cavan olan vaxtlarımda fotoqraflıqla da məşğul olmuşam. Oğlan xeylaxları hər işlə məşğul ola bilər. Yəni bir həvəs olaraq özüm üçün məşğul olmuşam. Məqsədim peşəkar olmaq deyildi və bu üzdən də arxasınca getmədim.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir