Modern.az

Bakıda itkin düşən 5 nəfər tapıldı

Bakıda itkin düşən 5 nəfər tapıldı

Aktual

28 Fevral 2020, 09:07

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

BŞBPİ-nin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də 35 cinayətin üstü açılıb.

 

Onlardan 9-u əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

 

Hədə-qorxu ilə tələb etmə 1, soyğunçuluq üzrə 3, xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 2, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 20 faktın açılması tədbirlərlə təmin olunub.

 

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 20 nəfər saxlanılıb. 

 

İtkin düşmüş kim axtarışı elan olunan nəfər tapılaraq ailəsinə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?