Modern.az

Haram qidalar insanın qeyrətində də problemər yaradır - İLAHİYYATÇIDAN ÇOK AÇIQLAMA

Haram qidalar insanın qeyrətində də problemər yaradır - İLAHİYYATÇIDAN ÇOK AÇIQLAMA

28 Fevral 2020, 09:36

Qurani-Kərimdə və Peyğəmbərin hədislərində haram olması buyurulan qidalardan başqa, heç bir qida haram sayılmır. Bəs Qurani -Kərimin haram buyurduğu qidaların insan sağlamlığına hansı ziyanları var?

 

Modern.az məsələ ilə bağlı din xadimlərinə müraciət edib. İlahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay  İslam dinində haram buyrulan qidaların adını açıqlayıb.

 

“Allahın buyurduğu halalı biz bəzən harama çevirə bilirik. Yəni iribuynuzlu heyvan, inək, qoyun və başqalarını dini baxımdan düz kəsilməzsə, onlar bizə haram olar. Şəriət baxımı ilə Allahın haram buyurduğu heyvan birmənalı donuz ətidir. Donuz şəriət qanunu ilə də kəsilsə, bir şey dəyişmir, Allah onu mundar və haram buyurub. İt də mundar və haram sayılır. İslamda qadağan olmayan qidaları Allah yolunda kəssək bu zaman haram olmayacaq”.

 

 Hacı Surxay haram buyrulan qidaların insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını deməklə yanaşı, haram məhsulların insanı əxlaqına təsirini də əlavə edib.

 

“Allahın haram buyurduğu qidalar insan sağlamlığına onun orqanlarına tamamilə ziyandır. İnsanın ruhuna, hətta qeyrətinə çox böyük təsir edir. Ən əsası insan sağlamlığına ziyan olan və haram buyrulan qidalardan biri də donuzdur. İnsanla donuzun qan qrupları eynidir. Digər heyvanlarda insandakı kimi qan qrupu bölünmür. Donuzun insan orqanizmiylə bir çox oxşarlıqları var. Donuz bir virus daşıyıcısıdır. Eyni zamanda insanlar donuz ətini çox yeyərsə, donuz ətində elə bir şey var ki, insanın əhval-ruhiyəsini dəyişir. İnsanların düşüncələrini dəyişdirir. Bəzən də qeyrət baxımından insanda problem yaradır”.

 

Səkinə ƏLƏKBƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır