Modern.az

İTV-dən yeni açıqlama: "AzTV “Teleradio haqqında” qanunun müddəalarını pozub”

İTV-dən yeni açıqlama: "AzTV “Teleradio haqqında” qanunun müddəalarını pozub”

5 Yanvar 2010, 19:25

Həftənin hər bazar günü səhər saat 8.00-dan 10.00-dək İctimai Televiziyada (İTV) yayımlanan “Ovqat” musiqili bədii-ədəbi verilişinin yanvarın 3-də elə eyni vaxtda, eyni formatda və eyni adda AzTV-nin efirində göstərilməsi adları çəkilən telekanallar arasında ciddi narazılıq yaradıb. Modern.az xəbər verir ki, İctimai Televiziya bununla bağlı yeni açıqlama yayıb. İTV-nin İctimaiyyətlə əlaqə və monitorinq şöbəsinin rəisi Tahir Məmmədov saytımıza bildirib ki,AzTV-nin bu addımının heç bir şərhə etiyacı yoxdu: “Bu televiziyalarin işinin tənzimləyən bütün qanunların pozulmasıdır. Ona görə də mətbuata pafoslu müsahibələr vemək ən mədəni ifadə ilə desək, özünü gülünc vəziyyətə qoymaqdan başqa bir şey deyil. Daha konkret  desək, AzTV “Ovqat” proqramının tam eynisini və anonsunu yayımlamaqla “Reklam haqqında” qanunun müddəalarını, “Haqsız rəqabət haqqında” qanunun 3-cü maddəsinin rəqibin təsərrüfat faəliyyətinin təqlidi, nüfüzdan salınması, fəaliyyətə müdaxilə, haqsız işgüzarlıq davranışı, istehlakçıların çaşdırılması müddəalarını pozub. Bundan başqa AzTV “Teleradio haqqında” qanunun müddəalarını və “Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında” qanunun bütün müddəalarını da pozub”.  

T.Məmmədov qeyd edib ki, Səyyarə Məmmədovanın 15 aprel 2007-ci ildə Müəllif Hüquqları Agentliyinə təqdim etdiyi ərizədə yazılır: “Mənim hazırladığım “Ovqat” verilişinin müstəsna hüquqları İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur”. “Həmin ərizəyə əsasən, Müəllif Hüquqları Agentliyi 17 aprel 2007-ci il tarixində proqramın müstəsna müəlliflik hüququnun İctimai Teleradioya məxsus olmasını təsdiqləyən 4379 saylı Şəhadətnaməni şirkətimizə  təqdim edib.

Tutaq ki, Səyyarə xanım mübahisə yaradaraq özünü reklam etmək üçün bu məlumatı AzTV-dən gizlədib. Bəs AzTV-nin rəhbərliyi hazırda İctimai Televiziyanın efirində yayımlanan “Ovqat” proqramının müəlliflik hüququnun kimə məxsus olduğunu öyrənə bilməzdimi? Təbii ki, bu çox çətin bir iş deyil. Deməli, ya AzTV bilərəkdən Azərbaycan Respublikası qanunlarını pozmaqdan çəkinmir, ya da məsələnin hüquqi tərəfindən tamamilə məlumatsızdır”-deyə T.Məmmədov bildirib. 

İctimai Televiziyadan bununla bağlı iki sənədi də saytımıza təqdim ediblər. Modern.az tərəfsizlik nümayiş etdirərək AzTV-dən də baş vermiş hadisəyə münasibət öyrənməyə çalışıb. Lakin Dövlət Televiziyasının yetkililəri bu barədə danışmayıblar.

 

 

"Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir