Modern.az

Mədəniyyət Nazirliyi tabeliyində olan təhsil müəssisələri də BAĞLANDI

Mədəniyyət Nazirliyi tabeliyində olan təhsil müəssisələri də BAĞLANDI

Mədəni̇yyət

2 Mart 2020, 18:26

Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

Modern.az xəbər verir ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata əsasən, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

 

Bu müddət ərzində tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

 

Bununla bağlı Mədəniyyət Nazirliyi sistemində olan təhsil müəssisələrində də 2020-ci ilin mart ayının 3-dən 9-dək tədris prosesi dayandırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür