Modern.az

Goranboyda qızını boğan ana oğlunu da öldürübmüş

 Goranboyda qızını boğan ana oğlunu da öldürübmüş

13 Aprel 2012, 13:14

Tükürpədiçi hadisə Goranboy rayonunun Balakürd kəndində baş verib. Belə ki, 40 yaşlı ana Pərvanə Kərimova yaşadığı evdə 1-ci sinifdə oxuyan qızı Nuranə Quliyevanı  boğaraq qətlə yetirib. Hadisəyə səbəb azyaşlı qızın dərslərinə yaxşı hazırlaşmaması olub. Ana öncə uşağı döyüb, sonra isə əlləri ilə boğaraq öldürüb.
Goranboy Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, Pərvanə Kərimova 2003-cü ildə 4 aylıq oğlunu da suda boğaraq öldürdüyü üçün cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət Gəncədə Ruhi-Əsəb Dispanserində müalicə olunub və sonradan evə buraxılıb. Hazırda qatil ana psixi vəziyyəti ilə əlaqədar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı Goranboy Rayon Prokurorluğundacinayət işi başlanıb, istintaq aparılır.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir